AVTOMATİK PROQRAM YENİLƏMƏLƏRİ

AVTOMATİK PROQRAM YENİLƏMƏLƏRİ

DAİM ƏLAQƏDƏ, DAİM YENİLƏNMİŞ VƏZİYYƏTDƏ

Texnoloji cəhətdən inkişaf etmiş Range Rover-iniz smartfonunuz kimi uzaqdan yenilənir.Avtomobilin “software-over-the-air” texnologiyası sayəsində o, həmişə yenilənmiş və qarşıdakı səyahətlərə tam hazır olur.Range Rover-inizin daxili data bağlantısından istifadə etməklə, ən son proqram təminatı heç bir ödəniş olmadan avtomatik yüklənə bilər.Yeniləmələri dərhal həyata keçirmək məcburi deyil – siz onları istəyə uyğun olaraq, iki həftə əvvəldən planlaşdıra bilərsiniz.

*Yalnız PIVI və PIVI Pro Məlumat-əyləncə sistemi üçün

Proqram təminatı yeniləməsini necə quraşdırmaq olar?

ADDIM 1 – YENİLƏMƏYƏ BAŞLAYIN

ADDIM 1 – YENİLƏMƏYƏ BAŞLAYIN

Yeniləmə mövcud olduqda, sensor ekran üzərində iki seçimlə bildiriş görünəcək: ‘Update now’ və ya ‘Schedule’. Əgər tələb olunarsa, davam etmək üçün şərtləri və qaydaları qəbul edin.
  ADDIM 2 – QURAŞDIRMA

ADDIM 2 – QURAŞDIRMA

Hazır olduqda “Update now” düyməsinə toxunun. Bəzi yeniləmələr başlamazdan əvvəl avtomobilin söndürülməsi, kilidlənməsi və siqnalizasiya sisteminin aktiv olması tələb oluna bilər. Bu halda quraşdırma müddətində avtomobildən istifadə mümkün olmayacaq. Range Rover bu cür yeniləmənin lazım olduğunu əvvəlcədən sizə bildirəcək.
 3-CÜ ADDIM – CƏDVƏLƏ DAXİL EDİN

3-CÜ ADDIM – CƏDVƏLƏ DAXİL EDİN

Yeniləmə avtomobilin söndürülməsini tələb edirsə, onu sizin üçün əlverişli vaxta planlaşdıra bilərsiniz. Yeniləmələri ən çox iki həftə əvvəlcədən planlamaq mümkündür.
  ADDIM 4 – TAMAMLA

ADDIM 4 – TAMAMLA

Yeniləmə tamamlandıqda sensor ekranda quraşdırmanın uğurla başa çatdığını bildirən xəbərdarlıq görünəcək. Bundan sonra Range Rover-iniz üçün ən son proqram təminatından istifadə edə bilərsiniz.

PROGRAM TƏMİNATININ YENİLƏNMƏSİ İSTİFADƏ QEYDLƏRİ

Aşağıdakı keçidlər vasitəsilə hər bir proqram versiyasının məzmununa baxın.

HAMISINI AÇ
OS 2.0.1
OS 2.0.2
OS 2.0.3
OS 2.0.4
OS 2.0.5
OS 2.0.5a
OS 2.0.6

AVTOMATİK YENİLƏMƏLƏR

Əksər proqram yeniləmələrinin quraşdırılması üçün əvvəlcədən sizin təsdiqiniz tələb olunur. Lakin bəzi hallarda, təhlükəsizlik, sistemlərin qorunması və ya servis ehtiyacına görə Range Rover avtomatik olaraq yenilənə bilər. Avtomatik yeniləmələr zamanı sizin heç bir əməliyyat etməyinizə ehtiyac yoxdur, sensor ekranda bildiriş göstərilmir və siz avtomobili adi qaydada idarə edə bilərsiniz.

*Yalnız PIVI və PIVI Pro Məlumat-əyləncə sistemi üçün