İXTİSASLAŞDIRILMIŞ DƏMİRÇİ-RƏNGSAZ XİDMƏTLƏRİ

Gözlənilməz bir hadisə baş verdikdə, Land Rover tərəfindən təsdiqlənmiş dəmirçi-rəngsaz mərkəzləri şəbəkəmiz avtomobilinizi qəza öncəsi vəziyyətinə qüsursuz dəqiqliklə bərpa etməyə hazırdır. Bizim öhdəliyimiz yalnız estetik görünüşlə məhdudlaşmır — həm də avtomobilinizin konstruktiv möhkəmliyinin və təhlükəsizlik standartlarının tam bərpasını təmin edir. Bu, eyni zamanda avtomobilinizin orijinal zəmanət müdafiəsini qoruyur.


Usta texniklərimiz ciddi ixtisaslaşmış təlimlərdən keçir, qabaqcıl diaqnostika avadanlıqlarından və istehsalçı tərəfindən təsdiqlənmiş üsullardan istifadə edir. Bu isə hər bir təmirin Range Rover-in mühəndislik mükəmməlliyi və ustalıq səviyyəsinə uyğun aparılmasını təmin edir.

İXTİSASLAŞDIRILMIŞ DƏMİRÇİ-RƏNGSAZ  XİDMƏTLƏRİ
 Dekorativ təkmilləşdirmə və bərpa

Dekorativ təkmilləşdirmə və bərpa

Xırda kosmetik qüsurları eyni gün ərzində dəqiqliklə bərpa edən peşəkar spot təmir xidmətimizdən yararlanın. Yalnız rəsmi dəmirçi-rəngsaz mərkəzlərimizdə ixtisaslı texniklər tərəfindən premium səviyyəli boya-bərpa materiallarından istifadə olunur və bu da Range Rover-inizin qüsursuz görünüşünü minimum fasilə ilə qorumağa imkan verir.
 Gövdənin Təmiri və Konstruktiv Bərpası

Gövdənin Təmiri və Konstruktiv Bərpası

Ciddi zədələnmə halında, təcrübəli texniklərimiz təmirə başlamazdan əvvəl dəqiq diaqnostika aparır və Land Rover-in ən yüksək standartlarına uyğun işləyirlər. Hər addım mühəndislər tərəfindən təsdiqlənmiş metodlarla icra olunur ki, Range Rover-inizin struktur bütövlüyü, qabaqcıl təhlükəsizlik sistemləri və orijinal zəmanət qorunsun.
 "Refinishing"

"Refinishing"

Rəsmi dəmirçi-rəngsaz mərkəzlərimizdə tətbiq olunan boya-bərpa prosesi böyük diqqət və ustalıqla yerinə yetirilən bir sənətdir. Ekoloji cəhətdən effektiv, su əsaslı və yüksək qatılıqlı, az həlledici tərkibli örtüklər Range Rover-iniz üçün maksimal qoruma təmin edir. Texniklərimiz rəng uyğunlaşdırılması və tətbiq üsulları üzrə mütəmadi təlimlər keçir, nəticədə həm qüsursuz görünüş, həm də minimal ətraf mühit təsiri əldə olunur.
 Şüşə Təmir Xidməti

Şüşə Təmir Xidməti

Land Rover mühəndislik standartlarına uyğun şəkildə həyata keçirilən operativ, eyni gün ərzində şüşə təmiri və dəyişdirilməsi xidmətlərindən yararlanın. Görünüş aydınlığını, təhlükəsizliyi və konstruktiv dayanıqlığı qorumaq üçün yalnız orijinal istehsalçı şüşələrindən və yüksək keyfiyyətli yapışdırıcılardan istifadə olunur.
JLR Valet və Qoruma Xidməti

JLR Valet və Qoruma Xidməti

Range Rover-inizin bərpa prosesini ekspert “valet” və qoruma xidmətlərimizlə mükəmməl şəkildə tamamlayın. Dəqiq detallı təmizləmədən tutmuş keramik örtük, qoruyucu plyonka və xüsusi bükmə kimi ultra-premium tətbiqlərə qədər hər addımda avtomobilinizin cəlbedici görünüşünü və lüks bitişini qorumağa zəmanət veririk.
 Sığorta əməkdaşlığı

Sığorta əməkdaşlığı

Land Rover sığorta sənayesi ilə üstün tərəfdaşlıq münasibətlərini qoruyaraq, mühəndislik mükəmməlliyini və sərnişin təhlükəsizliyini prioritetləşdirən əməkdaşlıq yanaşmasını dəstəkləyir. Bu tərəfdaşlıq bütün təmir işlərinin yüksək standartlarımıza uyğun icra olunmasını təmin edir və markamızı xarakterizə edən həm texniki bütövlüyü, həm də lüks təcrübəni qoruyur.