Range Rover ilə The Championships, Wimbledon arasındakı tərəfdaşlıq liderlik və zəngin irs üzərində qurulub. Biz fəaliyyət göstərdiyimiz sahələrdə məqsəd aydınlığı və mükəmməlliyə sadiqliklə fərqlənirik. Standartları biz müəyyən edirik; digərləri isə onlara çatmağa çalışır.
Turnir boyunca Range Rover avtomobilləri Wimbledon-a ən ən kritik anlarda dəstək göstərir, oyunçuları və rəsmi şəxsləri bu bənzərsiz səhnənin tələb etdiyi etibarlılıq, zəriflik və nüfuzla daşıyır. Wimbledon üçün nəzərdə tutulmuş avtomobil parkımızı elektrikləşdirməyə davam etdikcə, səfərlərin əhəmiyyətli hissəsi sıfır emissiya ilə həyata keçirilir.
"İki məşhur Britaniya brendi olaraq, Range Rover və The Championships, Wimbledon bütün dünyada rezonans doğuran dərin tarixə və mədəni əhəmiyyətə malikdir. Bu tərəfdaşlıq bizim avtomobillərimizdə təcəssüm olunan misilsiz sənətkarlığımızı və liderliyimizi, eləcə də təkmillik, incəlik və orijinallıq kimi ümumi dəyərlərimizi əks etdirir. Biz birlikdə bu ənənələrə və yenilik ruhuna malik bu görkəmli brendləri yüksək qiymətləndirən auditoriyanı cəlb edirik.”