İdman dəbdəbəsinin 20 illik irsi, məhdud saylı eksklüziv buraxılışda öz əksini tapır.
ZAMANIN SINAQLARINA DÖZƏN SİLUET
KEÇMİŞƏ BAXIŞ
Üç rəngdə mövcuddur: Santorini Black, Ostuni Pearl White və 2005-ci ildəki orijinal buraxılış rəngindən ilhamlanan SV Ultra Metallic Gloss boyası — Sanguinello Orange.
İYİRMİ İLDƏ TƏKMİLLƏŞƏN
İMZALI NÜSXƏ
İyirmi illik irs və gücün təcəssümü — mərkəzi konsoldakı xüsusi yazı Range Rover-in zərifliyini və seçkin xarakterini hər detalda ön plana çıxarır.
UNUDULMAZ QARŞILANMA
İşıqlandırılmış “TWENTY” qapı eşikləri Range Rover Sport-un yubileyini qeyd edir.
DETALLARDA QARANLIQ
Eksklüziv interyer Ebony Windsor dərisindən hazırlanmış SV Performance oturacaqları, Black Zamşa daxili astar və Natural Black dekor elementləri ilə tamamlanır.
ƏMƏLLƏRİMİZ SÖZLƏRİMİZDƏN DAHA GÜCLÜDÜR
İyirmi il ərzində Range Rover Sport öz gücünü göstərmək üçün heç vaxt ucadan danışmağa ehtiyac duymadı — o, sadəcə bunu etdi. Heyrətamiz sınaqlarımızdan bəziləri ilə tanış olun.
SU AXINI
Hər dəqiqə Karahnjukar bəndinin suaxıdıcısından 750 ton su tökülür. Lakin bu, 2022-ci ildə Range Rover Sport-un həmin suaxıdıcı ilə yuxarı qalxmasına mane olmadı.
DAĞ
2018-ci ildə Range Rover Sport əfsanəvi Tianmen Dağ Yolunu qət edərək “Cənnət Qapısı”na çatan ilk SUV oldu.
SƏHRA
2013-cü ilin qızmar günlərində Range Rover Sport “Boş Məkan” (Empty Quarter) kimi tanınan, dünyanın ikinci ən böyük səhrasını keçdi.